BMT: İdlibdə son dörd ay ərzində 1089 dinc sakin öldürülüb
Suriyanın İdlib bölgəsində döyüş əməliyyatlarının keçirildiyi dörd ay ərzində - aprelin 29-dan avqustun 29-dək 1089 dinc sakin ölüb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cenevrədəki mətbuat konfransı zamanı BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Başelet bildirib. O, ölənlər arasında 213 qadın və 304 uşaq olduğunu diqqətə çatdırıb. 1031 nəfərin hökumət qoşunları və onların müttəfiqləri tərəfindən endirilən hava və artilleriya zərbələri nəticəsində, 58 nəfərin isə hökumətin nəzarət etdiyi yaşayış məntəqələrinə silahlı müxalifətin hücumları nəticəsində öldüyü qeyd olunub.