AŞPA-nın Azərbaycan üzrə məruzəçisi sabah Bakıya gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. “Report“un Fransa bürosu xəbər verir ki, səfər sentyabrın 5-7-də baş tutacaq.
T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirəcək.