İsrail türk S-400-lərinin fotolarını yaydı
İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” (İSİ) Türkiyənin S-400 HHM sistemlərinə aid olduğu iddia edilən görüntüləri yayımlayıb. Axar.az xəbər verir ki, şirkətin Tvitter hesabından paylaşılan şəkillərdə Rusiyadan yaxın vaxtlarda Türkiyəyə gətirilən S-400 hissələrinin ilk dəfə görüldüyü vurğulanıb. İSİ sistemin işlək vəziyyətdə olduğunu və Ankarada yerləşdirildiyini qeyd edib. Görüntülərdəki hissələrin radarlar və buraxılış qurğuları olduğu bildirilib. Qeyd edək ki, Türkiyə bundan öncə verdiyi açıqlamada S-400-ləri heç də gizlətmədiyini açıqlamışdı.