Azərbaycanda nə qədər şizofren var? - RƏSMİ
2018-ci ildə Azərbaycanda ilk dəfə qeydə alınmış psixi xəstələrin sayı 3974 nəfər olub. Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bura psixoaktiv maddələrin qəbulu ilə bağlı psixi pozuntu halları daxil deyil. Belə ki, 2018-ci ildə Azərbaycanda 586 nəfərə şizofreniya diaqnozu qoyulub. Bundan başqa, 87 nəfərdə affektiv pozuntular, 370 nəfərdə stresslə bağlı və somotoform nevrotik pozuntular qeydə alınıb.