Rusiyada iki “Su-34″ təyyarəsi toqquşub
Rusiyanın Lipetsk şəhərinin hava məkanında iki qırıcı-bombardmançı “Su-34” təyyarəsi toqquşub. “Report” xəbər verir ki, məlumatı “REN TV” yayıb. Bildirilib ki, hadisə təlim-məşq zamanı baş verib. Təyyarələr ciddi zədəlnəsə də, onları yerə endirmək mümkün olub. Hadisə haqqında hələ ki, rəsmi məlumat verilməyib.