Dünyanın ən bahalı polis avtomobillərinin reytinqi açıqlanıb – TOP-9
Polis hər bir dövlət üçün olduqca vacib bir qurumdur. Məhz bu səbəbdən müxtəlif hökumətlərinin polisi ən yeni avadanlıq, silah və ixtisaslı kadrlarla təmin etmək üçün əhəmiyyətli dərəcədə vəsait ayırması heç də təəccüblü deyil. Bütün bunlar ölkədə asayişi qorumağa imkan verir. “APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bəzi ölkələr polis üçün avadanlıq və silahlarla yanaşı avtomobillərə də böyük pullar ayırır. Dünyanın ən bahalı polis avtomobilləri:
# Avtomobil modeli Ölkə Qiymət, $
1 Bugatti Veyron BƏƏ (Dubay) 4 000 000
2 Mercedes-Benz Brabus Rocket Almaniya 580 000
3 Lamborghini Murcielago Böyük Britaniya 380 000
4 Lamborghini Gallardo CAR 248 000
5 Porsche Panamera Qətər 175 000
6 Nissan GT-R BƏƏ (Əbu-Dabi) 100 000
7 Porsche Carrera 911 Avstriya 95 000
8 Lotus Exige Cruiser Avstraliya və Böyük Britaniya 84 000
9 Dodge Charger ABŞ 46 000