Dehidrasiya xəstəliyinə tutulan Merkelin durumu pisləşib
Yaxın illərdə siyasətindən ayrılacağı bildirilən Almaniya baş naziri Angela Merkel Çinə gedib. Avropa.info xəbər verir ki, Çinin baş naziri ilə bir araya gələn Merkel ölkələrin milli marşları oxunarkən oturduğu kürsüdən qalxmaması ilə diqqət çəkib. Ötən həftələrdə qatıldığı rəsmi mərasimdə titrəməsi ilə diqqət çəkən Merkel, sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirmişdi. Merkelə yaxın olan mənbələr isə baş nazirin dehidrasiya xəstəliyi səbəbindən titrədiyini qeyd edirlər.
Dünən Pekində şərəfinə təşkil olunan mərasimdə Merkel Çin baş naziri ilə yanaşı stullarda oturub. Lakin milli marşlar səsləndirilməyə başlananda ortaya maraqlı bir mənzərə çıxıb. Çinin baş naziri qaydalara uyğun olaraq milli marşlar səsləndirilərkən ayağa qalxsa da, Merkel oturduğu stuldan qalxmayıb. Daha əvvəl rəsmi tədbirlərdə dövlət başçıları və siyasətçilərlə bir araya gələn Merkel, titrəmə probleminə qarşı oturma formulunu tapmışdı. Lakin Çində baş verən və milli marşların səsləndirildiyi zaman Merkelin ayağa qalxmaması dünya siyasətində bir ilk kimi tarixə keçdi.