"Biz onlarla eyni xalqıq" - Lukaşenko
Belarus heç vaxt Rusiyadan üz döndərməyəcək, amma çətin vaxtlarda Moskvadan dəstək gözləyir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
“Rusiya ilə bağlı mən min dəfə demişəm ki, biz bir xalqıq. Onlar bizim insanlarımız, qardaşlarımızdır. Biz onlarla həmişə birlikdə olmuşuq. Bəzən Rusiya ilə problemlərimiz olur, amma rus insanı, rusiyalılar ilə deyil”, - Lukaşenko bildirib.