Xüsusi təyinatlılar silahlı bandanı belə zərərsizləşdirir - Məhşur "vor zakon"un adamlarıdır (VİDEO)
Ukraynanın Dnepropetrovsk vilayətində “KORD” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri adam oğurlayıb əvəzində pul tələb edən silahlı bandanın üzvlərini həbs edib.
Vilayət polisinin yaydığı məlumata görə  qruplaşmanın tərkibinə 20-30 yaşında gənclər daxil olub. Bandanı təşkil edən isə məşhur “vor zakon”dur, amma onun adı açıqlanmır. Hərçənd həbsxanadan çıxandan sonra Türkiyədə yaşadığı bildirilir. Həmin “vor zakon”un nəzarəti altında Ukraynada və qonşu ölkələrdə bir neçə qruplaşma fəaliyyət göstərir.