Formula maşını bir neçə metr havaya uçdu – Qəzanın videosu
İtaliyada keçirilən Formula 3 yarışının birinci mərhələsində ciddi qəza baş verib. Qol.az xəbər verir ki, sonuncu dövrələrdən birində “Campos”un pilotu Aleks Peroni trassdan kənara çıxıb. Qəza o qədər ciddi olub ki, bolid bir neçə metr havaya uçuraq kənara düşüb. Xoşbəxtlikdən Peroni ciddi xəsarət almayıb və özü bolidi tərk edə bilib. Bundan sonra isə o, tibbi müayinəyə göndərilib.