Moskvada ondan çox jurnalist və fəal saxlanıldı
Moskvada meriyanın binası yaxınlığında ondan çox jurnalist və fəal saxlanılıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, saxlanılan jurnalist və fəallar “iğtişaş işi” ndə şübhəli bilinən şəxslərə metal detektorlar çərçivəsində olan köynəklərlə dəstək olublar. Məlumatda bildirilir ki, onların arasında jurnalistlər İlya Azar və Viktoriya İvleva, həmçinin “Pussy Riot” iştirakçısı Mariya Alexina da var. Son məlumatlara görə, Azar artıq sərbəst buraxılıb.