Sirli xəstəlik Norveçi cənginə alıb
Norveçdə onlarla itin ölümünə səbəb olan sirli xəstəlik yayılıb. Axar.az-ın məlumatına görə, ölkənin qida sektorunun rəsmiləri son günlər 40-dan çox itin xəstələndiyini və dərhal öldüyünü açıqlayıblar. Mütəxəssislər xəstəliyin mənşəyini aşkar edə bilmədiklərini deyiblər. Xəstəliyin paytaxt Olsoda üzə çıxdığı, sonra isə digər şəhərlərə də yayıldığı qeyd edilib.