Vladimir Zelenskinin ABŞ-a səfərinin tarixi açıqlanıb
Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 23-də ABŞ-a səfər edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko moldovalı həmkarı Niku Papesku ilə birgə keçirdiyi brifinqdə məlumat verib. Nazirin sözlərinə görə, səfər çərçivəsində V.Zelenski ABŞ Prezidenti Donald Tramp və bir sıra rəsmilərlə görüşlər keçirəcək. Görüşlərdə regiondakı vəziyyət, enerji təhlükəsizliyi, Rusiya ilə münasibətlər və digər məsələlər müzakirə ediləcək. Qeyd edək ki, V.Zelenski prezidentliyi dövründə Almaniya, Fransa və Polşaya rəsmi səfər edib.