ABŞ dövlət katibinin köməkçisi: “ABŞ Gürcüstanı hər zaman dəstəkləyəcək”
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Tbilisidə keçirilən “İndi nə?” (“Now what?”) beynəlxalq konfransda çıxışı zamanı bildirib. O deyib ki, ABŞ Gürcüstanın Qərbmeylli dəyərlərinə böyük önəm verir: “ABŞ Gürcüstanın Avropa İttifaqı və təşkilatın iqtisadi məkanına inteqrasiyasını dəstəkləyir”. F.Riker 2020-ci ildə Gürcüstanda proporsional qaydada keçiriləcək parlament seçkilərinin ölkədə demokratiyanın daha da gücləndirilməsinə töhvə verəcəyinə ümid etdiyini bildirib. Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın Əfqanıstandakı sülhməramlı missiyasına göstərdiyi dəstəyə görə Gürcüstana minnətdarlığını bildiri