AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək – AFİŞA
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulacaq. “Report”un məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçiriləcək. Son dünya çempionu Fransa Andorranı qəbul edəcək. Bu qrupda yer alan iddialı komandalardan Türkiyə Moldovanın, İslandiya isə Albaniyanın qonağı oalcaq. A qrupunda ötən tur Çexiyanı 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atan Kosovo səfərdə İngiltərə ilə üz-üzə gələcək. Qrupun digər görüşündə isə Çexiya Monteneqro ilə qarşılaşacaq. Nəhayət, B qrupunda Litva – Portuqaliya və Lüksemburq – Serbiya matçları baş tutacaq. AVRO-2020, seçmə mərhələ VI tur A qrupu 22:45. İngiltərə – Kosovo 22:45. Monteneqro – Çexiya Xal durumu: İngiltərə – 9 xal (3 oyuna), Kosovo – 8 (4), Çexiya – 6 (4), Monteneqro – 2 (4), Bolqarıstan – 2 (5). B qrupu 22:45. Litva – Portuqaliya 22:45. Lüksemburq – Serbiya Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 5 (3), Lüksemburq – 4 (4), Serbiya – 4 (4), Litva – 1 (4) H qrupu 22:45. Albaniya – İslandiya 22:45. Fransa – Andorra 22:45. Moldova – Türkiyə Xal durumu: Fransa – 12 xal (5 oyuna), Türkiyə – 12 (5), İslandiya – 12 (5), Albaniya – 6 (5), Moldova – 3 (5), Andorra – 0 (5).