İsveçdə İbrahimoviçə heykəl qoyulacaq
"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq. Trend-in məlumatına görə, heykəli İsveç Futbol Assosiasiyası sifariş edib. Bürüncdən olan abidə futbolçunun doğma şəhəri olan Malmödə ucaldılacaq. Heykəlin hündürlüyü 2.7 metr və çəkisi 500 kq olacaq. Abidənin İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda qoyulacağı bildirilir.