"Dorian" qasırğası qurbanlarının sayı 50 nəfərə çatıb
Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 50 nəfərə çatıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Daha əvvəl 44 nəfərin öldüyü bildirilmişdi. Polisdən verilən məlumata görə, 42 nəfər qasırğanın daha çox ziyan vurduğu Abako adasında ölüb, daha 8 nəfər isə Böyük Bahama adasında vəfat edib.