Baş nazir hökuməti necə yenilədi?
Sentyabrın 11-də Yaponiya hökumətinin yeni tərkibi elan olunub. Novator.az-ın məlumatına görə, 15 nəfər, o cümlədən təhsil və elm naziri; elm və texnologiya naziri; bölgələr naziri; milli torpaqlar və nəqliyyat naziri; iqtisadiyyat, sənaye və ticarət naziri; ədliyyə naziri; səhiyyə, əmək və rifah naziri; İctimai Təhlükəsizlik Komitəsinin başçısı hökumətdə yeni şəxslərdir. Maliyyə naziri və hökumətin baş katibi öz postlarını qoruyublar. Əvvəlki hökumətin xarici işlər naziri müdafiə naziri vəzifəsinə keçirilib, xarici işlər naziri kürsüsünə isə əvvəlki hökumətdə iqtisadiyyatın bərpası naziri olmuş şəxs gətirilib. Hökumətdəki yenilikləri Yaponiya imperatoru Naruhito təsdiqləməlidir. Yaponiya hökumətinə Liberal Demokrat Partiyasının lideri Sindzo Abe başçılıq edir. 1954-cü ildə anadan olan Sindzo Abe 2012-ci il dekabrın 26-dan baş nazirdir.