Finişə doğru
Avropa futbol çempionatının seçmə mərhələsi finişə yön alıb. Novator.az bildirir ki, 55 milli komanda 10 qrupda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan yığmalar final raunduna adlayacaq. A qrupunda ilk pilləni 12 xalla İngiltərə tutur. Çexiya 9 xalla ikincidir. B qrupunda lider Ukraynanın 13, təqibçisi Portuqaliyanın 8 xalı var. C qrupunda Almaniya və Şimali İrlandiya öndədir: 12 xal. D qrupunda İrlandiya 11 xalla birinci, Danimarka 9 xalla ikinci yerdədir. E qrupunda yer alan Azərbaycan milli komandası 1 xalla son pillədə dayanır. Xorvatiyanın 10, Slovakiya və Macarıstanın 9, Uelsin 6 xalı var. F qrupunda 18 xalla İspaniya liderdir. İsveçin 11 xalı var. G qrupunda Polşa öndə durur: 13 xal. Sloveniya 11 xal əldə edib. H qrupunda Türkiyə və Fransa 15 xal götürüblər. İ qrupunda lider Belçikanın 18, Rusiyanın 15 xalı var. J qrupunda İtaliya 18 xalla liderlik edir. Finlandiya 12 xal toplayıb. Növbəti tur oktyabrın 10-da start götürəcək. Final mərhələsi 2020-ci ilin yayında Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Münhen, Roma, Bilbao, London, Dublin, Qlazqo şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionu 3 qrup oyununa, 1 dörddə bir finala ev sahibliyi edəcək.