Senzura tətbiqində lider ölkələr
Jurnalistləri Müdafiə Komitəsi senzuranın tüğyan etdiyi 10 ölkənin adını açıqlayıb. Novator.az-ın məlumatına görə, mərkəzi qərargahı ABŞ-da yerləşən bu beynəlxalq media təşkilatı kütləvi informasiya vasitələrinə (KİV) qatı senzura qoyan ölkələri belə sıralayıb: Eritreya Şimali Koreya Türkmənistan Səudiyyə Ərəbistanı Çin Vyetnam İran Ekvatorial Qvineya Belarus Kuba. Hesabat tərtib olunarkən birbaşa və ya dolayı senzura üsulları nəzərdən keçirilib, müstəqil KİV-in əhatə dairəsi, media materialına görə cinayət məsuliyyətinin tətbiqi, internet resurslarına müxtəlif yollarla müdaxilə, o cümlədən saytların bloklanması, xaricdən yayıma və xarici media nümayəndələrinin fəaliyyətinə əngəllər, jurnalistlərin hakimiyyətin təqibinə məruz qalması kimi hallar əsas götürülüb.