Bakı-Horadiz qatarı yolda qaldı
Bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.   Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.   N.Bayramova qeyd edib ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb: “Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib”.