Ötən gün 3 nəfər yol qəzalarının qurbanı oldu
2019-cu il sentyabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.        Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görəRespublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.     Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.       Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.   Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.