Azərbaycanda klub prezidenti qovduğu işçisindən polisə şikayət edib
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev işdən çıxardığı əməkdaşından polisə şikayət edib. Oxu.Az-ın xəbərinə görə, Premyer Liqa təmsilçisinin rəhbəri ötən ilin aprelində klubun veb səhifəsinə baxan Kamran adlı şəxsi işdən çıxarıb. Lakin o, veb səhifənin idarəetməsini tam təhvil vermədiyindən Kamran Quliyev adaşından hüquq-mühafizə orqanlarına şikayət edib.