Neftçala sakini Bakıda dişini çəkdirərkən dünyasını dəyişdi
Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini  Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən  dünyasını dəyişib.   Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib. A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti  iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.   Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.