Kral Salmanın qızı barəsində həbs qərarı - 10 ay
Fransa məhkəməsi Səudiyyə Kralı Salmanın qızı Hassa bin Salman barədə həbs qərarı çıxarıb.
Qaynarinfo xəbər verir ki, Kral qızı barədə Parisdə yerləşən evində işləyən santexniki mühafizəçisinə döydürdüyü üçün 6 ay şərti həbs və 5 min avro pul cəzası tələb edilmişdi. 
Məhkəmə Hassa bin Salman barədə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Qərarın icrası təxirə salınıb.
Qeyd edək ki, Şahzadə Hassa haqqındakı iddianı rədd edib.