Tovuzda güllələnən sabiq məmur xəstəxanada öldü - Fotolar
Tovuzda güllələnmə hadisəsi baş verib.

Rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərliyə odlu silahdan atəş açılıb. *** Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil. Bu barədə "Report"a Azərbaycan Vəkillər Kollegiyasından bildirilib. Güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub. *** "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə təxminən 1 saat əvvəl, səhər saat 09 radələrində qeydə alınıb. Tovuz rayonu Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu şəxsi münasibətlər zəminində Qədirli kənd sakini, 1963-cü il təvəllüdlü Ələkbərli Firudin Muxtar oğlunu Makarov tipli tapança ilə güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, bir neçə dəqiqə əvvəl vəfat edib. Murad Əhməd Elmar Əli