Gürcüstanın xarici ticarəti artıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 8 mlrd. 126,1 mln. dollar təşkil edib. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsinin həcmi 0,01% artıb. Gürcüstanın ixracı 12,4% artaraq 2 mlrd. 411, 6 mln. dollar, idxalı isə 4,4% azalaraq 5 mlrd. 714,5 mln. dollar həcmində olub. Ticarət kəsiri isə 3 mlrd. 302,9 mln. dollara bərabər olub ki, bunun da umumi dövriyyədə payı 40,6% təşkil edib.