Putin Həbiblə görüşdü – VİDEO
Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurmaqomedovla görüşüb. BAKU.WS rus KİV-nə istinadən bildirir ki, görüş Mahaçqala şəhərində baş tutub.   Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap da iştirak edib. Putin qələbə münasibətilə Həbibə və Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb: “Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.
Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidə Həbib amerikalı rəqibi Dastin Poryeyə qalib gələrək, növbəti dəfə çempion titulunu qazanıb. Həbibin növbəti rəqibinin ya Toni Ferqyuson, yaxud da Jorj Sen-Pyer olacaq.