“Yemin” serialında Şövkət Ələkbərovanın mahnısı səsləndirilib – Video
Aktrisa Yağmur Şahbazova “Kanal 7”-də yayımlanan “Yemin” serialında rol almağa başlayıb.  Musavat.com xəbər verir ki, ötən gün serialın 72-ci bölümü yayınlanıb. Y.Şahbazova serialda Narin adlı azərbaycanlı qadını canlandırıb.  Bununla yanaşı, Narinin yer aldığı hüznlü səhnələrdə mərhum xalq artisti Şövkət Ələkbərovanın “Qəmgin” mahnısından istifadə edilib. Qeyd edək ki, Yağmur Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.  O, “Vicdan haqqı” serialında canlandırdığı Nərmin obrazı ilə populyarlaşıb.