Məşhur müğənni boşanır
Məşhur ingilis müğənni Adel boşanır.
Qaynarinfo xəbər verir ki, 31 yaşlı müğənni 45 yaşlı həyat yoldaşı Saymon Konekkidən ayrılmaq üçün məhkəməyə müraciət edib. Cütlük aprel ayından bəri ayrı yaşayır. 
Qeyd edək ki, Adel və Saymon 8 il idi birlikdə idilər. Onlar 3 il əvvəl rəsmi nikaha daxil olublar. Cütlüyün Ancelo adlı 6 yaşlı qızı var.