Tramp Sisiyə: "Mənim sevimli diktatorum haradadır?
ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdül Fəttah Əl Sisini "sevimli diktatorum" adlandırıb.
"Legion" qaynarinfo-yaistinadən xəbər verir ki, ikili ötən həftələrdə "G7" ölkələrinin Fransada baş tutan sammiti çərçivəsində bir araya gəlib. "The Wall Street Journal"ın iddiasına görə, D.Tramp Sisini gözləyərkən "Mənim sevimli diktatorum haradadır?", - deyə səslənib.
Ətrafdakılar bu müraciəti səssizliklə qarşılayıb. Misir prezidentinin Trampın replikasını eşidib-eşitmədiyi bilinmir.