"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb
Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür.   Modern.az-ın məlumatına görə, biletlərin satışa çıxarıldığı ilk gündə 10 min bilet satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir. Biletlərin satış məntəqələri: Tofiq Bəhramov adına Respublika stadionunun kassaları Gənclik və 28 Mall (iticket satış məntəqəsi)   Park Bulvar AVM (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) İticket.az (onlayn) Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək.