Şəhər sualtında qaldı - Sel fəlakəti İspaniyanı cənginə alıb - VİDEO
İspaniyada günlərdir davam edən güclü yağış selə səbəb olub.  Yaşanan təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.  Musavat.com bu barədə "The Guardian"- a istinadən məlumat verir.  Mütəxəssislər ölən şəxslərdən birinin 51, digərinin isə 62 yaşında olduğunu bildirib. Üçüncü şəxs isə maşınının aşması nəticəsində həyatını itirdiyi bildirilir.  İspaniyanın meteorologiya xidmətindən verilən məlumata görə artıq əhaliyə ciddi xəbərdarlıq edilib. Xüsusilə İbiza, Mörsia kimi şəhərlərdə yağışın şiddətini artıracağı ehtimal olunur.