Çin indi də Afrika eşşəklərinin başına dərd olub
Eşşəklərin qəsdən kütləvi şəkildə qırılması və qaçaqmalçılıq biznesinin ən gəlirli sahələrindən birinə çevrilməsi məsələsi müasir dövrdə nadir görünən hadisədir. Lakin belə getsə Çin dünyanın ən zəhmətkeş heyvanlarından birinə olan tələbatına görə Afrikada bir dənə olsun eşşək qoymayacaq. İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yazarı Kristian Putç bununla bağlı maraqlı araşdırma yazısı qələmə alıb. Məsələ o qədər böyüyüb ki, Keniya hökuməti Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində heyvanların müdafiə üçün təşkil olunmuş konfransda buna diqqət çəkib. Belə ki, Çin eşşək əti və dərisindən ən çox istifadə edən ölkə sayılır. Bundan başqa, bu heyvanın dərisindən qida və tibb üçün yararlı jelatinlər alınır. Afrikada özü üçün geniş imkanlar açan Çin Keniyada 4 eşşək sallaqxanası açmağa müvəffəq olub. Lakin çinlilərin təhriki ilə yerli əhali hətta bir-birlərinin eşşəklərini kütləvi surətdə oğurlayaraq onları birbaşa fabrikə aparırlar. Qeyd etmək lazımdır ki, bir eşşəyin dərisindən çıxarılan jelatinin qiyməti 1400 dollardan çoxdur. Hazırda Keniyada hər gün 500 eşşək kəsilir. Ölkənin Torpaq və heyvandarlıq təşkilatının nümayəndəsi Tabita Karancinin sözlərinə görə, heyvanlaırn qırılması onların yenidən yetişdirilməsi rəqəmlərini o dərəcə üstələyib ki, arıtq 2022-ci ilə qədər Keniyada eşşək qalmayacaq. Bu isə olduqca bərbad infrastruktura və iqtisadiyyata malik olan Afrika ölklərinin əhalisi üçün olduqca böyük fəlakət sayılır. Eşşəklər burada, insanların, yüklərin daşınması üçün və hətta təcili yardım vasitəsi kiimi geniş istifadə olunur. Çinliliərin eşşəkləri kütləvi surətdə qırması faktına görə konfrans iştirakçıları hətta xüsusi qətnamə belə qəbul ediblər. Burada Afrika ölkələrindən heyvan dərilərinin ticarətindən tam surətdə imtina edilməsi tələb olunub.