Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub
Ukraynada kütləvi zəhərlənmə olub. Trend-in məlumatına görə, hadisə Vinits vilayətində baş verib. Belə ki, vilayət məktəblərinin birinin yeməkxanasında 20-dən çox şagird nahardan sonra xəstəxanaya müraciət edi. Hazırda 16-si uşaq olmaqla 21 nəfərin xəstəxanada müalicəsi davam edir. Xəstəxanay müraciət edənlərə qastroenterokolit diaqnozu qoyulub. Məktəb yeməkxanasında zəhərlənmə faktından sonra yoxlamalar başlayıb, təhlillər aparılır.