Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO
Kolumbiyada kiçik təyyarə qəzaya uğrayıb və yaşayış evinin üstünə düşüb. "Colombia Reports” xəbər verir ki, hadisə zamanı təyyarədə9 nəfərolub. Onlardan 7-si ölüb, 2-siisə yaralı vəziyyətdəxəstəxanaya çatdırılıb. Həmçinin təyyarənin düşdüyü evin sakinləri də ağır yaralanıb. Onların arasında10 yaşlı uşağın olduğu bildirilir. Hadisə bazar günü, təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Kolumbiyanın Mülki aviasiya idarəsi hadisənin araşdırılmasına başlayıb.(Oxu.az)