Həsən Ruhani Ermənistana səfər edəcək
İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, səfər oktyabrın 1-də baş tutacaq. Xatırladaq ki, oktyabrın 1-i Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.