Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...
Ürək infeksiyası
Ürək klapanlarının daxili hissəsini əhatə edən endokardiyal təbəqənin infeksiyası əksər hallarda ürək klapanlarına da təsir edir. Medicina.az xəbər verir ki, ürək qapağının infeksiyaya yoluxması, sonradan ciddi həyati təhlükəyə səbəb ola bilər. Bu infeksiyalar ümumiyyətlə, bakteriyalardan qaynaqlanır, lakin bəzi nadir hallarda müxtəlif göbələk infeksiyaları səbəbindən inkişaf edir. Hər hansı bir yolla qana daxil olan bakteriya və ya göbələk ciddi ürək xəstəliyinə, ürək qapağının səmərəli işləməməsinə və ritminin pozulmasına gətirib çıxardır. 
Ürək qapağı infeksiyasının əlamətləri 
Ürək qapağının infeksiyası olan insanlarda yorğunluq, zəiflik, qızdırma, oynaq ağrısı, əzələ ağrısı və çəki azlığı kimi xoşagəlməz hallar baş verir. Ürək qapağı infeksiyasının diaqnozu müxtəlif görüntü üsulları və seriyalı qan analizlərinin tətbiqi ilə mümkündür.
Ürək qapağı infeksiyasının müalicəsində cərrahi müdaxilələr
 
İnfeksiyanın fərqli-fərqli müalicə üsulları var. Ancaq tibbdə 2 üsuldan daha geniş istifadə edilir. Bunlar dəyişdirmə və yeniləmə üsullarıdır. Dəyişdirmə əməliyyatlarında yoluxmuş örtük tamamilə çıxarılır, mexaniki və ya bioloji örtüklə əvəz olunur. Bioloji qapaqlar donuz, inək və at kimi heyvanların ürək örtüklərindən hazırlanır. Zamanla köhnəlir, 10 ildən 20 ilə kimi davamlılıq göstərir. Mexaniki qapaqlar isə karbondan hazırlanır və səthləri nanometrik səviyyədə yağlanır. Bu halda qan mexaniki qapağa yığılmır və heç bir şəkildə laxtalanmır. Mexaniki qapaq əməliyyatı keçirən xəstələr daima həkim məsləhətinə uyğun olaraq xüsusi dərmanlardan istifadə etməlidirlər. Belə olan halda mexaniki qapaq bioloji qapağa nəzərən daha uzun ömürlü olur.
 
Qapağın dəyişdirilməsi əməliyyatı hansı hallarda həyata keçirilir 
 
Bəzi hallarda infeksiyaya yoluxmuş qapağın dəyişdirilməsi əvəzinə  antibiotiklərlə müalicə olunaraq, yenilənməsi də mümkündür. Ancaq bunun baş verməsi üçün ürək qapağı müalicəyə hazır olmalıdır. Müalicə olunan ürək klapanlarının təkrar infeksiyası riski də var. Buna görə də əksər hallarda əməliyyata üstünlük verilir.  İnfeksiyanın aktiv olduğu müddətdə edilən əməliyyat isə yeni qapağın da infeksiya riskini artırır. Mütəxəssislər tövsiyə edir ki, ilk simptomlar özünü göstərən kimi müayinə edilməli və əməliyyata qərar verilməlidir.