Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər
Azərbaycan məmurları da mikrob kimi, bu valyutaya məftunluq nümayiş etdirirlər İqtisadiyyat üzrə Şnobel mükafatını Türkiyə, Niderland və Almaniyadan olan alimər qrupuna təqdim ediblər. Onlar hansı ölkənin milli valyata əskinaslarında daha çox mikrobun toplandığını müəyyən ediblər. Tədqiqatların nəticələrinə əsasən müəyyən olunub ki, daha çox mikrob Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli valyutası olan «dollar» və Rumıniya valyutası «le» əskinaslarında cəmləşir. dollar-1 Absurd elmi nailiyyətlər üzrə 29-cu Şnobel mükafatının tədimatı Harvard universitetində keçirilib. Bu dünya mükafatı Böyük Britaniyadan, Səudiyyə Ərəbitanından, ABŞ-dan və Sinqapurdan olan alimlər qrupuna da müyəssər olub.Onlar qıdıqlanmadan və qaşınmadan alının ləzzəti ölçməyə cəhd göstəriblər. Kimya sahəsində mükafatı yaponiyalı tədqiqatçılar alıblar. Onlar uşaq tüpürcəyini öyrəniblər və müəyyən ediblər ki, gün ərzində 5 yaşılı uşaq orta hesabla, yarım litrə qədər tüpürcək «ifraz» edir. «Uşaq mövzusu» İrandan olan iddiaçıya da uğur qazandırıb. İxtiraçı uşaq «podquzniki»ni dəyişdirən qurğunun yaradılmasına görə mükafatlandırılıb və mühəndislik üzrə mükafat alıb. Azərbaycanda isə fırıldaq-dələduzluq üzrə «yüksək texnologiyalar»ın icad olunması üzrə əməlli-başlı yarış gedir. Əminliklə söyləmək olar ki, ən «mükəmməl» absurd Azərbaycanda hökumət səviyyəsində (məsələn, «absurd üzrə yüksək texnologiyalar» nazirliyində ) kultivasiya edilir…