Nazirlikdən sosial şəbəkələrdə yayılan bu məlumata reaksiya
Səhiyyə Nazirliyi Balakəndə naməlum xəstəlik aşkarlanması ilə bağlı sosial şəbəklərdə yayılmış məlumatlara rəsmi münasibət bildirib. Qurumdan daxil olan məlumata görə, rayonunun Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb”. Qeyd edək ki, paylaşımlarda sözügedən kəndlərdə uşaqların və böyüklərin bədənində qara yaraların baş verdiyi, qulaq və burundan qan açıldığı iddia olunurdu.