İTV-nin direktoru robota müsahibə verdi - Video
İTV-nin efirində "3D" adlı yeni layihəyə start verilib. Musavat.com kult.az-a istinadən xəbər verir ki, verilişin bu gün efirə gedən ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. B.Qasımov veriliş boyu robot aparıcı "Dadaş Dadaşlinksi”nin suallarını cavablandırıb. B.Qasımov Azərbaycan televiziyalarından danışıb, yeni mövsümdə İTV-nin efirində baş tutacaq yeniliklərdən bəhs edib. Azərbaycan televiziya məkanında ilk dəfə yayımlanan 3D formatlı veriliş tamaçılar tərəfindən böyük maraqla qarşılanıb.