Donald Tramp: “Mən hələ ora getməyə hazır deyiləm...”
ABŞ Prezidenti Donald Tramp hələ ki, Şimali Koreyaya səfər etməyə hazır olmadığını bildirib.
Qaynarinfo KP.ru-ya istinadən bildirir ki, Prezident bu sözləri KXDR lideri Kim Çen İninin dəvətini dəyərləndirərkən deyib.
"Bu, yəqin ki, haçansa mümkün olacaq. Hər şey nələrin baş verəcəyindən asılıdır. Əminəm ki, o (Kim Çen İn) da ABŞ-a səfər etməkdən məmnun olacaq. Amma indi ikimizin də buna hazır olmadığını düşünürəm”, - Tramp qeyd edib. 
Xatırladaq ki, ABŞ və Şimali Koreya liderlərinin daim yazışdığı, ancaq bu yazışmaların gizli saxlandığı bildirilir.