Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib
Səudiyyə Ərəbistanı hökuməti öz neftayırma müəssisələrinin təchizatı üçün İraqın “State Oil Marketing Organization” (SOMO) şirkətindən 20 milyon barel xam neft istəyib. “Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, “Saudi Aramco” dövlət neft şirkətində bu xəbəri şərh etməyiblər. Eyni zamanda SOMO rəhbərinin satış üzrə müavini Əli Nəzər Şətar “Saudi Aramco” ilə karbohidrogen tədarükünə dair hər hansı müqavilə imzalamadıqlarını diqqətə çatdırıb.