Uşaqlar nədən bu qədər çox ölür? - BMT açıqladı
BMT ana və körpə ölümləri ilə bağlı statistik məlumat paylaşıb.
Qaynarinfo xəbər verir ki, təşkilatın hesabatına görə, hamiləlik dövründə ölən anaların sayında 1/3 azalma müşahidə edilib. 2000-ci ildə bu rəqəm 451 min idisə, 2017-ci ildə 295 minə bərabər olub. 
0-5 yaşlı uşaqlar arasındakı ölüm faizi isə yarıya qədər azalıb və 5,3 milyona bərabərdir. Ölümlərin əksəriyyəti ilk aylarda baş verib. Ötən il yeni doğulan 7 min körpə həyatını itirib. 
Ölüm sayı azalsa da, hər gün 800 qadın hamiləlik və doğuş zamanı vəfat edir.
İtki sayı artan ölkələr arasında Suriya və Venesuala yer alıb.
Kasıb ölkələrdə, xüsusilə Afrikada ölümlər daha çox baş verir. Afrika ölkələrində ana və uşaq ölümləri digər bölgələrlə müqayisədə 50 qat çoxdur. BMT-nin məlumatına görə, qitədə hər 13 uşaqdan biri 5 yaşına çatmamış ölür. Avropada isə 196 uşaqdan biri erkən yaşlarında həyatını itirir. 
Ölüm faizinin yüksək olmasının əsas səbəbləri pis iqtisadi vəziyyət, aclıq, müharibələr, tibb xidmətinin, təmiz suyun olmaması, epidemiyalardır.