Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib
Bu il Nobel mükafatı laureatlarının adları 7-14 oktyabr aralığında elan olunacaq.
APA-nın Nobel Komitəsinə istinadən verdiyi xəbərə görə, Nobel həftəsi oktyabrın 7-də Tibb və ya psixologiya sahəsində Nobel mükafatının qalibinin elan edilməsi ilə başlayacaq.
Oktyabrın 8-də Fizika üzrə Nobel mükafatı, oktyabrın 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.
Oktyabrın 10-da Sülh üzrə, oktyabrın 14-də isə İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edilməyib.