Maduro Rusiyaya səfər edəcək
Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Səfərlə bağlı hazırlıq işləri aparılır. Səfər tezliklə baş tutacaq. Dəqiq tarix açıqlanacaq”, - deyə D. Peskov qeyd edib.