Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI
Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. Tanınmış jurnalist yeni işinin formatı ilə əlaqədar Modern.az-a danışıb.
Elçin Şiıxlı bildirib ki, artıq İTV-də aparıcı kimi fəaliyyət göstərəcək.
““Pressinq” adlı verilişin həm müəllifi, həm də aparıcısıyam. Keçən il də bu layihə yayımlanırdı, sadəcə, indi mən aparıcı kimi çıxış edəcəm. Dünən artıq ilk buraxılış efirə getdi.  Veriliş həftədə bir dəfə, 1 saat olmaqla  cümə günü yayımlanacaq. Format da belədir ki, hansısa rəsmi struktun nümayəndəsi qonaq olub, 5 jurnalistin sualına cavab verəcək. Qarşıda başqa layihəm, işlərim yoxdur, hələ ki fikrimi bu verilişə yönəltmişəm”.