Jurnalist prezidentə müraciət etdi
Jurnalist Bakı  istintaq təcridxanasının rəisi Elnur İsmayılovun  qanunsuz hərəkətlərindən  prezidentə müraciət etdi              
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə   9 saylı  cəzaçəkmə müəssisəsində  saxlanılan  jurnalist  Mahmud Tağıyev tərəfindən                                               MÜRACİƏT  

Yazaraq  nəzərinizə  çatdırmaq istəyirəm ki 30.04.2019-cu il tarixdə  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Fikrət Qəribovun  çıxardıgı hökm ilə 12 il azadlıqdan məhrum olunmuşam. Hökmdən Bakı  Apellyasiya Məhkəməsinə şikayət  verilib və 03.07.2019 -cu il tarixdə hakim Rizvan Səfərov  tərəfindən  birinci  instansiya  məhkəməsinin hökmü  ilə qüvvədə  saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı rəsmən mənə təqdim olunmadan Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal  Qılıcovun sifarişi ilə mən qanunsuz olaraq BİT-in rəisi Elnur İsmayılov tərəfindən 11.07.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasından 9 saylı  cəzaçəkmə  müəssisəsinə göndərilmişəm.

Yəqin ki, E. İsmayılov K. Qılıcovdan aldığı rüşvətin məbləği çox olduğu üçün, bunun kimi  böyük qanunsuzluqlara çox əl atıb. Xahiş edirəm  bu məsələni nəzarətə götürəsiniz və Bakı İstintaq Təcridxanasının rəisi  Elnur İsmayılovun qanunsuz əməlləri  barədə tədbir görülməsinə göstəriş verəsiniz.      
Mahmud Tağıyev