Amerikalı nazir Trampın çıxışı zamanı yuxuya getdi - Video
ABŞ-ın Ticarət naziri Uilbur Ross prezident Donald Trampın BMT-dəki çıxışı zamanı yuxuya gedib. “Qafqazinfo” xəbər verir ki, bunu CNBC kanalının əməkdaşları lentə alıb. Nazir əvvəlcə gözlərini yumub, daha sonra isə başını aşağı salıb. O, Trampın 15 dəqiqəlik çıxışı zamanı yuxulayıb. Ross daha sonra açıqlama verərək yatmadığını, sadəcə gözlərini bağladığını, eşitmə aparatı ilə diqqətini Trampın söylədiklərinə yönəltdiyini deyib.