Kosaçev Trampa impiçment tətbiq edilməsindən danışdı: Səbəb nədir?
Rusiya Dumasının yuxarı palatasının üzvləri ABŞ Prezidenti Donald Trampın impiçment prosedurunun başlanmasına münasibət bildirib.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, Federasiya Şurasında Beynəlxalq komitənin sədri Konstantin Kosaçev impiçment prosesini gələn il ABŞ-da baş tutacaq prezident seçkiləri ilə əlaqələndirib:
"İmpiçment ABŞ-ın daxili işidir. Hələlik nə əsas, nə prosedur, nə də ehtimallar müəyyəndir".
K.Kosaçevin sözlərinə görə, prosedura start verənlərin səmimiyyətinə inanmamaq üçün əsas yoxdur. O bildirib ki, əldə edilən nəticə məsələ ilə bağlı yox, seçki kampaniyasında müxalif partiyanın maraqları ilə əlaqədar olacaq. Bu isə impiçment təşəbbüsçülərinin səmimiyyətinə inam yaratmır.